image-hormuz-1backend

Böhran yaxınlaşır: Qiymətlər inanılmaz həddə çatacaq

ABŞ-ın aparıcı maliyyə qurumlarından biri olan “Citigroup” Hörmüz boğazında yaranmış vəziyyətin qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Referans Media xəbər verir ki, bu barədə “Bloomberg2 tərəfindən dərc olunan məlumatda qeyd olunub. Bildirilir ki, əgər boğazdakı tıxanma daha bir ay davam edərsə, neftin qiyməti bir barel üçün 110 dollara qədər yüksələ bilər.

Daha uzun müddətli blokada isə qiymətlərin 130 dollara qədər artmasına səbəb ola bilər. Məlumata əsasən, 13 aprel tarixindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına daxil olan və çıxan dəniz nəqliyyatını məhdudlaşdırıb.

Bu isə qlobal neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20%-nin pozulmasına gətirib çıxarıb.

ABŞ prezidenti Donald Trump isə İranla müvəqqəti atəşkəs razılaşmasının uzadılmasının mümkün olmadığını bildirib və razılaşma əldə olunana qədər blokadanın davam edəcəyini vurğulayıb.

“Citigroup” analitiklərinin hesablamalarına görə, mövcud vəziyyət davam edərsə, qlobal neft və neft məhsulları ehtiyatlarında itkilər 1,3 milyard barelə çata bilər. Daha uzunmüddətli gərginlik isə istehsalın 1,7 milyard barelə qədər azalmasına səbəb ola bilər./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki