Bölmələr yüksək döyüş hazırlığında, orduya əmr verildi: Qonşu dövlətdə panika

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Əli Naini regional vəziyyətlə bağlı sərt açıqlama verib.

Bu barədə “Asr İran” məlumat yayıb. O bildirib ki, İran hazırkı geosiyasi gərginliklər fonunda mümkün hərbi qarşıdurma ehtimalını diqqətlə izləyir və bütün bölmələr yüksək döyüş hazırlığı rejiminə keçirilib.

General Naininin sözlərinə görə, SEPAH bölgədəki dəyişən təhlükəsizlik mühitini nəzərə alaraq, həm müdafiə, həm də qarşıdurma ssenarilərinə uyğun strategiyalar hazırlayıb:

“Müharibə hər an başlaya bilər. Bu səbəbdən bütün qüvvələrimiz tam hazırlıq vəziyyətindədir və bütün ehtimalları nəzərə alırıq”.

O əlavə edib ki, İranın məqsədi regionda sabitliyi qorumaqdır, lakin ölkəyə yönələ biləcək hər hansı təhlükəyə qətiyyətlə cavab veriləcək./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki