Yetkinlər üçün kontent platformasında məşhur olan Bonni Blu, İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun əsas komandasında forma geyən futbolcunun ona mesaj göndərdiyini iddia edib. Blunun sözlərinə görə, futbolcu ona gey olduğunu açıqlayıb və daha sonra qadın iddia etdi ki, kişi ondan 23 kişi təşkil edib-təşkil edə bilməyəcəyini soruşub.
Referans Media xəbər verir ki, yetkinlər üçün kontent platforması “OnlyFans”ın məşhur simalarından biri olan Bonni Blu, futbol dünyasını silkələyə biləcək şok iddia ilə çıxış edib. Blu, Liverpulun əsas komandasından bir oyunçunun onunla əlaqə saxladığını və təəccüblü tələblər irəli sürdüyünü iddia edir.
Podkastda çıxış edən Bonni Blu bildirib ki, adı açıqlanmayan futbolçu ona sosial mediada mesaj yazıb. Blunun sözlərinə görə, məşhur futbolçu söhbət zamanı gey olduğunu etiraf edib. Lakin, həqiqətən də təəccüblü iddia bu etirafdan sonra ortaya çıxıb.
Bonni Blu iddia edir ki, futbolçu ondan şəxsi tədbirin təşkili üçün kömək istəyib və bildirib: “O, mənə gey olduğunu etiraf etdi və sonra onun üçün 23 kişi təşkil edə biləcəyimi soruşdu. Bu tələbə nə deyəcəyimi bilmirdim”.
Blunun bu iddiaları qısa zamanda sosial mediada və İngilis mətbuatında geniş müzakirələrə səbəb olub. Həmin futbolcunun kimliyi hələ məlum deyil və Liverpul klubu və ya oyunçulardan rəsmi açıqlama verilməyib.






















