Boşanma prosesi kabusa çevrildi: Ayça Yıldırımın yaşadıqları şok etdi

Adanada yaşayan 50 yaşlı tibb bacısı Ayça Yıldırım, boşanmağa çalışdığı eşi S.Y. və onun yaxınları tərəfindən ciddi təzyiqlərə məruz qalıb.

Referans Media xəbər verir ki, 26 il əvvəl evlənən cütlüyün bir övladı var. 2016-cı ildə boşanan Ayça Yıldırım və S.Y., 2019-cu ildə yenidən evlənmişdi. Lakin 2025-ci ilin əvvəlindən etibarən aralarındakı gərginlik yenidən artaraq boşanma prosesi başladı.

Ayça Yıldırımın iddialarına görə, boşanma davasından sonra başına gəlməyən qalmayıb: “Boşanma prosesinin normal hüquqi bir yol ilə davam edəcəyini düşünürdüm. Lakin artıq fiziki və psixoloji şiddət var. Məqsədimə çatmaq üçün təslim olmayacam. Mən cinayətkar deyiləm, sahib olduğum şeyləri qorumaq istəyirəm. Ərim mənim olan evi qohumlarına kirayə vermiş kimi göstərir və saxta sənədlər təqdim edir.”

Qadın əlavə edib: “Hər dəfə bir şəkildə polis və ya məhkəmə yolu ilə işlər onların lehinə çevrilir. Yoldaşım mənim evimi qohumlarına icarəyə vermiş kimi göstərir və buna qarşı çıxmaq mümkün olmur. Elektronik qandal var, amma bu yalnız 1 aylıqdır. İnsan azadlığından məhrum edilirsə, bunun nəticəsi yalnız 1 ay olmalıdır?”

Bu hadisə Adana 4-cü Ailə Məhkəməsində davam edən boşanma prosesi çərçivəsində baş verib və qadının yaşadığı təzyiqlər həm hüquqi, həm də sosial baxımdan böyük əks-səda doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki