backend

Böyük qalmaqal: Kibertəhlükəsizlik üzrə mütəxəssis WhatsApp-ı ifşa edir

Kibertəhlükəsizlik üzrə ekspert Elorm Daniel, WhatsApp vasitəsilə göndərilən mesajların, şəxsin paylaşmamasına baxmayaraq, yer məlumatlarını ehtiva etdiyini iddia etdi. “WhatsApp” məsələ ilə bağlı açıqlama yayıb.

Referans MEDİA xəbər verir ki, Daniel X şirkətinin sosial media platformasındakı hesabından iPhone 12 Pro Max cihazında apardığı məhkəmə ekspertizasının təfərrüatlarını paylaşıb.

WhatsApp-da baş tutan yazışmanı araşdıran Daniel, məlumatların metadatasının onun söhbət etdiyi şəxsin yerini də ortaya çıxardığını iddia edib. Daniel iddia etdi ki, nə mesajı göndərən, nə də özü belə məlumatları tələb etməyib, lakin onun telefonu yenə də bu məlumatı avtomatik olaraq qeyd edib.

Bu məlumatları birbaşa öz telefonundan əldə etdiyini ifadə edən Daniel, “Bu o deməkdir ki, WhatsApp -da söhbət edərkən yeriniz açıqdırsa , yeriniz başqa bir şəxsin cihazından əldə edilə bilər” dedi. “WhatsApp” ın topladığı məlumatların “yer məlumatı daxil olmaqla” məhdud olmadığını bildirən Daniel, qrupun kimin yaratdığı, nə vaxt yaradıldığı, kimin əlavə edildiyi və kimin ayrıldığı kimi bütün məlumatların həmin şəxs qrupdan çıxsa belə, tətbiqdəki metadatada qaldığını iddia edib.

Daniel bildirib ki, bu məlumatların cihazda saxlanması həmin şəxslə bağlı mümkün araşdırmalarda istifadə oluna bilər. Daniel həmçinin telefonundakı hər bir foto, video, səs yazısı və skrinşotun faylın yaradıldığı yerin dəqiq yerini ehtiva etdiyini vurğulayaraq, “Telefon avtomatik olaraq hər bir media faylı üçün GPS koordinatlarını qeyd edir. Bu o deməkdir ki, müstəntiqlər sizin foto çəkdiyiniz, video çəkdiyiniz, skrinşot çəkdiyiniz və ya cihazda hər hansı media yaratdığınız zaman harada olduğunuzu dəqiq müəyyən edə bilərlər”.

Daniel qeyd edib ki, bu səviyyəli metadata insan hərəkətlərini, davranışlarını və vaxt qrafiklərini inanılmaz dəqiqliklə izləyə bilir və cihazın URL ünvanlarının, istifadəçi adlarının, parolların və cihazda quraşdırılmış bütün proqramların qeydlərini saxladığını iddia edir. Daniel , WhatsApp mesajları kimi iPhone mesajlarının da yazıldığı və göndərildiyi kimi göndərənin dəqiq yerini qeyd etdiyini iddia etdi  və əlavə etdi: “Hər bir proqram iz buraxır. Hər mesaj mətndən daha çox şey daşıyır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki