backend

Braziliyalı modeldən ŞOK etiraf: “Həftənin hər gününə bir sevgilim var” – FOTO

Braziliyalı model Andressa Urach sosial şəbəkələrdə etdiyi qalmaqallı açıqlama ilə gündəmə gəlib. Model eyni vaxtda yeddi fərqli kişi ilə münasibətdə olduğunu, həftənin hər günü üçün ayrı sevgilisinin olduğunu bildirib.

Referans Media xəbər verir ki, Urachın bu etirafı qısa zamanda sosial mediada geniş yayılaraq münasibətlər, sədaqət və emosional bağlılıq mövzularında müzakirələrə səbəb olub.

Paylaşımında keçmişdə yaşadığı mənfi təcrübələrə toxunan model artıq heç kimə bağlanmadığını deyib. Onun sözlərinə görə, bir çox kişi əvvəlcə insanları özünə aşiq edir, daha sonra isə xəyanət edir. Urach da buna cavab olaraq eyni davranışı seçdiyini və bu səbəbdən artıq emosional bağlılıq qurmadığını vurğulayıb.

Modelin açıqlamaları müasir münasibətlər, azadlıq və sədaqət anlayışları ilə bağlı fərqli fikirləri gündəmə gətirib. Bəzi izləyicilər Urachın yanaşmasını dəstəkləsə də, digərləri bu cür münasibət modelinin uzunmüddətli və emosional baxımdan davamlı olub-olmadığını sual altına alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki