Londonda və Böyük Britaniyanın cənubunda hava məkanının bağlanması aviareyslərdə ciddi gecikmələrə səbəb olub.
The Telegraph qəzetinin məlumatına görə, Londonda və Böyük Britaniyanın cənub hissəsində hava məkanı müvəqqəti olaraq tamamilə bağlanıb.
Buna texniki nasazlıq, ilkin ehtimallara görə, radar sistemlərindən birində baş vermiş nasazlıq səbəb olub.
Londona istiqamətlənmiş təyyarələr digər şəhərlərə yönləndirilib, London hava limanlarından bütün uçuşlar dayandırılıb. Hava məkanı tam 36 dəqiqə ərzində bağlı qalıb və bu müddət ərzində problem aradan qaldırılıb.
Böyük Britaniya rəsmiləri Avropanın ümumi hava nəqliyyatını idarə edən xidmətə “əlamətdar gecikmələr” barədə məlumat veriblər.
Gözlənilir ki, baş vermiş nasazlığın nəticələri kontinental Avropanın yaxınlıqdakı aviasiya qovşaqlarında da uçuş cədvəllərinin pozulmasına səbəb olacaq.
Qeyd edək ki, London dünyanın əsas hava nəqliyyatı qovşaqlarından biridir. 2023-cü ilin yekununa əsasən, Londona məxsus altı hava limanında gündəlik sərnişin axını 460 min nəfərə çatıb./Globalinfo.az