XİN mina partlayışları ilə bağlı MƏLUMAT YAYDI

İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb.

Referans Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.

Qeyd olunub ki, mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin bərpası və yenidənqurma prosesinə mane olduğunu, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına əngəl yaratdığını bir daha göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki