image-bsp_60384-jdw-22685backend

Britaniyadan İrana gözlənilməz zərbə: Hücuma keçdilər

Britaniya hava məkanında fəaliyyət göstərən F-35 qırıcıları İordaniyaya dəstək məqsədilə İran dronlarını vurub.

Referans Media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu hadisə “Royal Air Force”a məxsus F-35 təyyarəsinin döyüş əməliyyatı zamanı hədəfi məhv etməsi ilə bağlı ilk hal kimi qeydə alınıb.

Açıqlamada qeyd olunub ki, əməliyyat Böyük Britaniyanın maraqlarının qorunmasına yönəlmiş müdafiə tədbirlərinin bir hissəsi olub. F-35 qırıcılarına “Eurofighter Typhoon” tipli “Tayfun” təyyarələri və yanacaqdoldurma tankeri dəstək verib.

Nazirlik əməliyyatın koordinasiyalı şəkildə həyata keçirildiyini və regionda təhlükəsizliyin təmin olunmasına yönəldiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki