İyun ayının son günləri bəzi bürclər üçün əsl bolluq və fürsət dönəminə çevriləcək. Planetlərin müsbət təsiri, xüsusilə Venera və Yupiterin harmoniyası bəzi bürclərə maliyyə baxımından ciddi yüksəliş vəd edir. Əmək müqabilində alınan gəlirlərin artması, gözlənilməz pul axınları, borcların bağlanması və ya yeni gəlir mənbələrinin ortaya çıxması bu dövrdə mümkün olacaq.
Astroloji göstəricilər göstərir ki, bu bürclər üçün yalnız mövcud imkanlardan faydalanmaq deyil, həm də yeni yollar tapmaq vaxtıdır. Ulduzlar maddi sahədə düşünülmüş risklərin belə mükafat gətirəcəyini bildirir.
Referans maliyyə ulduzu parlayacaq ən şanslı bürcləri təqdim edir:
İyun sonuna doğru Buğalar üçün pul axını artır. Xüsusilə uzun müddətdir gözlənilən bir layihə və ya əmək haqqı bu dövrdə reallaşa bilər. Eyni zamanda, sərmayələr və alış-verişlərdən qazanc əldə etmək ehtimalı yüksəlib. Pul idarəsi də daha ağıllı şəkildə olacaq.
Xərçənglər üçün pul enerjisi güclənir. Qohumlar və ya dostlar vasitəsilə gəlir gətirə biləcək bir fürsət ortaya çıxa bilər. Əgər yaradıcılıqla və ya incəsənətlə bağlı bir işlə məşğulsunuzsa, bu sahədə qazanc əldə etmək ehtimalı daha da artır.
Əqrəblər üçün maddi baxımdan dönüş nöqtəsi yaxınlaşır. Gözlənilməz bir bonus, borcun qaytarılması və ya kənardan gələn dəstək hesabınıza xoş təəccüblər gətirə bilər. Ulduzlar sizi “haqq etdiyinizi almağa” sövq edir.
Oğlaqların zəhməti qarşılığını görür. Yeni iş təklifləri, əməkdaşlıqlar və ya əlavə qazanc yolları bu dövrdə gündəmə gələcək. Pulunuzu necə idarə etməli olduğunuzu yaxşı bildiyiniz üçün bu dövr sizin üçün həm gəlirli, həm də sabitlik gətirən olacaq.