Bu dəfə qırıcı təyyarə qəzaya uğradı – Ölənlər var

  Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib – təyyarə meşəlik əraziyə düşüb.

Lakin “112” “Telegram” kanalı bunun “Su-30” modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki