Bu gün Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk qatar reysi yola salınacaq.
Referans Media ADY-yə istinadən xəbər verir ki, Bakıdan Tbilisiyə hərəkət edəcək qatar bu gün saat 21:00-da Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlərin qeydiyyatı saat 22:00-da başlayacaq, qatar isə saat 23:10-da yola düşəcək.
