Bu gün axşam Bakıdan İrəvana təyyarə qalxır: kimi aparır?

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq. 

Referans Media  xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub.

“Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün dünəndən Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan Prezidenti Emoməli Rəhmona xidmət göstərmir. Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. COP17 çərçivəsində İrəvanda Liderlərin Zirvə Görüşü keçiriləcək”, – nəşr yazıb.

Bununla belə, təyyarənin Bakıdan İrəvana kimləri aparacağı açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki