İrandan Azərbaycana 16 kq narkotik keçirmək istədilər

İrandan Azərbaycana 16 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Referans Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə və 1970 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki