"Şəfa"nın "Şamaxı" ilə oyuna neçə itki ilə çıxacağı açıqlandı

Misli Premyer Liqasının 8-ci turunda "Şamaxı"nın qonağı olacaq "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.


Referans Media bildirir ki, bu barədə Fanat.Az-a Bakı təmsilçisinin sözçüsü Heybət Məmmədov məlumat verib:

"Kanadalı vinger Treyvon Fuller zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcək. Komandada başqa zədəli və ya cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Şamaxı" - "Şəfa" matçı oktyabrın 16-da keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 15:00-da səsləndiriləcək. 7 tura 10 xal toplayan "bənövşəyilər" hazırda turnir cədvəlinin 7-ci, 3 xala malik "hepardlar" isə 11-ci pilləsində mövqe tutublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki