Kütləvi qətl törətmiş hərbi psixiatr Nidal Həsənin güllələnməsi canlı efirdə yayımlanmayacaq.
Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində elan edib.
“O planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin yayımı olmayacaq”, — deyə Tramp yazıb.
Ağ Ev rəhbəri hansı konkret şəxslərdən söhbət getdiyini dəqiqləşdirmədən, bir çox “yaxşı insanın” edamın yayımlanmasına qarşı çıxdığını qeyd edib.
Ötən gün CNN telekanalı mənbələrə istinadl xəbər verib ki, Tramp və onun müşavirləri Həsənin güllələnməsinin canlı yayımlanmasından imtina edilməsi ehtimalını müzakirə edirlər. Bildirilib ki, dövlət başçısı ictimai yayım planlarından dərhal xəbər tutmayıb və ilk vaxtlar buna necə münasibət bildirəcəyini anlamayıb. Bununla belə, o, bu şəxs barəsində edam qərarını qətiyyətlə dəstəkləyib.
Həsən 2009-cu ilin noyabrında Fort-Xud bazasında 12 hərbçini öldürüb, 32 nəfəri isə yaralayaraq bunu İraq və Əfqanıstandakı hərbi əməliyyatlara görə qisas adlandırıb. 2013-cü ildə o, ölüm cəzasına məhkum edilib və hazırda Kanzas ştatının Levenuort həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-nə Fort-Xud bazasında təyin edilmiş edam İkinci Dünya müharibəsindən bəri ABŞ ordusunda ilk, həmçinin 65-dən çox yaşı olan hərbi qulluqçu barəsində ölüm hökmünün icrası ilə bağlı ilk hal olacaq.
Məhkumun ictimai edam edilməsinə görə BMT daha əvvəl Amerika hakimiyyətini işgəncələrdə ittiham etmişdi./Publika.az
