image-heblerrrbackend

Bu həblərin qəbulu böyrəklərinizi… – Həkim ciddi təhlükədən xəbər verir

C vitamininin tez-tez və artıq qəbulu gözlənilməz təhlükə yarada bilər.

Referans xəbər verir ki, bunu həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” kanalında açıqlayıb.

Onun sözlərinə görə, insanlar soyuqdəymə zamanı C vitamini həbləri qəbul edir. Həkim bir neçə gün vitamin qəbul etməyin təhlükəsiz olduğunu vurğulayıb.

“Ancaq hansısa bir orqanı gücləndirmək üçün C vitaminini diri-diri udsanız, o, gedib böyrəklərinizdə çöküntü halında yığıla bilər. Ona görə da bu vitamin az-az qəbul olunmalıdır”, – deyə Myasnikov mümkün risk barədə xəbərdarlıq edib.

O əlavə edib ki, normal dozalarda C vitamini sağlamlıq üçün təhlükəsizdir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki