image-arda4backend

Bu klub Ardaya görə 80 milyon ödəməyə hazırdır

“Arsenal” “Real”ın yarımmüdafiəçisi Arda Güler üçün təklif göndərməyə hazırlaşır.

Referans Media  xəbər verir ki, sövdələşmənin məbləği 80 milyon avro təşkil edə bilər. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Futbolçu ilə “Liverpul” və “Mançester Yunayted”in də maraqlandığı bildirilir. Lakin “kral klubu” 20 yaşlı hücumçunu buraxmaq niyyətində deyil, çünki rəhbərlikonu klubun uzunmüddətli layihəsinin vacib hissəsi kimi görür8.

2025/2026 mövsümündə Arda Güler 27 oyunda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə verib. Türkiyəli yarımmüdafiəçi 2023-cü ilin iyulundan “Real”ın formasını geyinir. Onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki