Bu müəllimlərin maaşı iki dəfə arta bilər – Vacib şərtlərbackend

Bu müəllimlərin maaşı iki dəfə arta bilər – Vacib şərtlər

  Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin yeni iş qrafiki ilə bağlı fikirləri hələ də müzakirə edilir.

Referans.az  xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov vəziyyətin kritik olmadığını deyib.

“Yeni iş qrafiki ilə bağlı müzakirələri diqqətlə izləyəndə aydın görünür ki, ortada nə “8-dən 6-ya endirmə”, nə də “müəllimlərin kütləvi ixtisarı” kimi emosional şəkildə təqdim olunan bir durum var. Elm və Təhsil Nazirliyi prosesi tamamilə konseptual mərhələdə aparır və 2027-ci ilin sentyabrından əvvəl hər hansı ciddi struktur dəyişikliyi nəzərdə tutulmur. Əksinə, məqsəd müəllimin nüfuzunu artırmaq, maddi rifahını yaxşılaşdırmaq və məktəbdə onun statusunu gücləndirməkdir”.

Ekspert qeyd edib ki, yeni modeldə saat-hesabı sistem saxlanılır:

 
“Sadəcə onun yanında alternativ – tam ştatlı müəllim konsepsiyası qurulur. Bu modeldə müəllimə orta əməkhaqqından ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır və bu, yalnız könüllülük əsasında, sertifikasiyada 51 baldan yuxarı nəticə göstərən müəllimlər üçün nəzərdə tutulur. Yəni ölkədəki 143 min müəllimin heç biri məcbur edilmir, heç kəs üçün risk yoxdur — əksinə, yüksək nəticə göstərənlər üçün əlavə imkan yaranır”.

Qeyd edək ki, bundan əvvəl nazir müəllimlərin maaşlarının aşağı olmasından danışmışdı. “Bunun əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur. Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır”, – deyə E.Əmrullayev bildirmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki