Bu ölkədə fəlakət yaşanır: ölənlərin sayı 442 nəfərə çatdı

İndoneziyanın Sumatra adasında leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442-yə çatıb.

Referans MEDİA xəbər verir ki, İndoneziyada son vaxtlar çoxlu sayda insanın ölümünə səbəb olan əlverişsiz hava şəraiti öz təsirini göstərməkdə davam edir.

İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinin (BNPB) saytında verilən məlumata görə, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442 nəfərə çatıb.

400-dən çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işləri davam edərkən, yaralıların sayı 646-ya yüksəlib.

“Jakarta Post”un məlumatına görə, səlahiyyətlilər bir çox yolun bağlandığını, telekommunikasiya infrastrukturunun zədələndiyini və qurudan əlçatmaz ərazilərə vertolyotlarla humanitar yardım apardıqlarını açıqlayıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki