Bu ölkədə güclü zəlzələ baş verdi

  Yaponiyanın Honsyu adasının sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.

Referans.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 Yeraltı təkanların episentri təxminən 357 min insanın yaşadığı İvaki şəhərindən 78 km şimal-şərqdə, zəlzələ ocağı 47 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki