Bu ölkədə güclü zəlzələ oldu backend

Bu ölkədə güclü zəlzələ oldu 

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Referans xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Qərbi Yeni Britaniya əyalətinin inzibati mərkəzi, 18 minə yaxın insanın yaşadığı Kimbe şəhərindən 81 km cənub-şərqdə, ocağı isə 48 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki