Paraqvay Prezidenti Santyaqo Pena ölkədə rəqəmsal bank Uenonun fəaliyyətinin dayandırılmasından sonra yaranan siyasi təzyiqlər fonunda istefa verib.
Referans Media xəbər verir ki, bu barədə “Bloomberg HT” məlumat yayıb.
Məlumata görə, bankın fəaliyyətinin dayandırılması və ölkə əhalisinin təxminən yarısının bank hesablarına çıxış imkanını itirməsi Penaya qarşı narazılığı artırıb. Prezidentin daha əvvəl sözügedən bankla biznes əlaqələrinin olduğu bildirilir.
Pena cümə axşamı yayımladığı videomüraciətdə istefasını ölkədə sabitliyin, sosial sülhün və demokratik institutların qorunması zərurəti ilə əsaslandırıb.
Bank böhranı artıq bir sıra ciddi nəticələrə səbəb olub. Belə ki, çərşənbə axşamı Paraqvay Mərkəzi Bankının sədri vəzifəsindən istefa verib, səkkiz bank rəhbəri isə həbs olunub.
Hadisələr ölkənin, xüsusilə xarici investorlar qarşısında etibarlı investisiya məkanı kimi nüfuzuna da zərbə vurub.
Qeyd edək ki, Penanın istefasını tələb edən etirazçılar küçələrə çıxıb. Müxalifət partiyaları isə cümə axşamı Konqresdə impiçment proseduruna başlamaq üçün növbədənkənar iclas çağırıblar.
ABŞ Prezidenti Donald Trampın müttəfiqi kimi tanınan Pena özünün təmsil olunduğu mühafizəkar partiyanın bəzi üzvlərinin də dəstəyini itirib./ajans.az/
