ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin İraqa hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədəs” kanalı məlumat yayıb.
İddialara görə, Barrak İraq rəsmilərinə İsrailin Hizbullaha qarşı hücumlarına müdaxilə etməmək üçün sərt xəbərdarlıq edib. O bildirib ki, İraq ərazisindəki İran tərəfindən dəstəklənən milislər münaqişəyə qarışarsa, İsrailin hücumları ilə üzləşə bilərlər.
Həmçinin Barrak İraq rəsmilərinə İsrailin Livandakı hücumlarının Hizbullah tamamilə tərksilah edilənə qədər davam edəcəyini söyləyib.
