Bristol Universitetində aparılan son araşdırma göstərib ki, gecə saatlarında sosial mediada vaxt keçirmək psixi sağlamlığa spirt və siqaret qədər mənfi təsir göstərə bilər.
Referans.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, Bakı vaxtı ilə saat 03:00-dan sonra sosial mediada aktiv olan insanların psixi sağlamlıq səviyyəsi gün ərzində aktiv olanlarla müqayisədə xeyli aşağıdır. Alimlər bu fərqin əsas səbəbini yuxu keyfiyyətinin pozulması ilə əlaqələndirirlər. Araşdırmaya görə, gecə gec saatlarda paylaşım edən şəxslərin psixi vəziyyətində təxminən 2 faiz dəyişiklik müşahidə olunub.
Tədqiqat 310 yetkin iştirakçı arasında aparılıb. Saat 03:00-dan 09:00-a qədər sosial mediada aktiv olan şəxslərin psixi sağlamlıq göstəriciləri 70 baldan aşağı olub.
