Tək bir şəkil, bilinçaltınızda gizlənmiş ən dərin qorxularınızı üzə çıxara bilərmi? İlk baxışda sadə görünən bu vizual, beyninizin hansı narahatlığa daha həssas olduğunu göstərə bilər. Bəs, siz bu şəkilə baxanda ilk nəyi gördünüz?

Bilinçaltınız düşündüyünüzdən daha çox şey söyləyə bilər. Mütəxəssislərin diqqət çəkdiyi bu vizual qavrayış testi, fərqində olmadığınız qorxulara işıq tutur. İlk gördüyünüz əşya, beyninizdə basdırılmış emosiyalarla birbaşa bağlı ola bilər.

İlk görüntü niyə bu qədər önəmlidir?
Mütəxəssislərə görə, beyin mürəkkəb bir vizualı qəbul edərkən şüurlu düşüncədən əvvəl refleksiv seçim edir. Bu ilk seçim basdırılmış duyğuların və keçmiş təcrübələrin izlərini daşıyır. Kəpənək, alma, tırtıl və ya bıçaq kimi simvollar hər kəs üçün fərqli mənalar kəsb edir və şəxsin həyat hekayəsi ilə birləşərək qorxular haqqında ipucları verir.

Kəpənəyi görənlər nədən qorxur?
Əgər gözünüz ilk olaraq kəpənəyə ilişibsə, xəyanət və rədd edilmə qorxusu bilinçaltınızda güclü ola bilər. Keçmişdə yaşanan emosional xəyal qırıqlıqları, başqalarına güvənməkdə ehtiyatlı olmanıza səbəb olmuş ola bilər. Bu qorxu çox zaman fərq edilməz, amma münasibətlərdə məsafəli durma meyli ilə özünü göstərə bilər.

Almanı görənlər üçün mənası nədir?
Almanı ilk görənlər üçün əsas qorxu ölüm ilə bağlıdır. Lakin burada əsas məsələ şəxsin özündən çox sevdiklərini itirmək narahatlığıdır. Keçmişdə yaşanan bir itki, bu qorxunun bilinçaltında kök salmasına səbəb ola bilər.

Tırtıl və bıçaq nəyi təmsil edir?
Tırtılı görən şəxslərdə paranormal və izah olunmayan hadisələrə dair narahatlıq ön plana çıxır.

Bıçaq isə daha çox xəstəlik, ani ölüm və ya nəzarəti itirmək qorxusunun simvolu kimi şərh edilir. Bu qorxular mantıqla basdırılsa belə, beynin arxa planında mövcudluğunu davam etdirir.
Mənbə: Bright Side





















