Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov tərəfindən jurnalistlər üçün ödənişsiz göz əməliyyatları və müayinələr həyata keçirilir.
Referans-ın məlumatına görə bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günal Aslanova məlumat verib.
O bildirib ki, əməliyyatlar aprel ayının 28 və 29-na planlaşdırılıb.
“Əməliyyat və müayinə üçün jurnalistlərin qeydiyyatdan keçməsi kifayətdir”.