image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-60backend

Bu yüksək vəzifə 7 aydır boşdur

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri postu 7 aydır boşdur.

Referans Media xəbər verir ki, televiziyanın rəhbəri Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 12 İyun 2025-cil il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Həmin gündən sədrin vəzifələrini tanınmış telejurnalist İlhamə Novruzova icra edir.

Əldə etdiyimiz məlumata görə, 2026-cı ilin ilk gunlərində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunacaq. Yeni sədrin kimliyi hələlik gizli saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki