backend

Bürclərə 2 günlük ŞOK XƏBƏRDARLIQ – keçmiş sevgililər, borclar…

Məşhur astroloq Dinçer Güner 12 bürc üçün xəbərdarlıqlar edib.

Referans Media bildirir ki, Musavat.com-un xəbərinə görə, Güner bildirib ki, bu gün və sabah Merkuri sabit vəziyyətdə olacaq.

GUNER.jpg (127 KB)

Onun sözlərinə görə, bağlanmamış köhnə məsələlər, keçmiş sevgililər və ya unudulmuş borclar məhz bu günlərdə yenidən qarşınıza çıxa bilər.

Dinçer Günerin “2 günlük” xəbərdarlığını təqdim edirik:

“Dekabrın 1-də Merkuri retroqradı başa çatacaq. Lakin həmin vaxta kimi bir qədər “yavaşlayıb” durğunlaşacaq. Bu dövr çox həssas olur. Ona görə də bu gün və sabah daha diqqətli olmaq vacibdir. Belə ki, bu 2 gündə bir fikrə, insana və ya problemə ilişib qalmaq mümkündür.

Eyni şeyi dönə-dönə düşünə bilərsən.

Bu dövr araşdırma aparmaq, itən əşyanı tapmaq və ya köklü bir problemi həll etmək üçün mükəmməl vaxtdır.

Bu dövrdə diqqətin bir nöqtəyə fokuslana bilər. Danışmaq istərsən, amma düşüncələrini sözlə ifadə etməkdə çətinlik çəkərsən.

Bu günlərdə:

– İnternet yavaşlaya bilər

– Serverlər çökə bilər

İmza atmaq üçün təhlükəli dövrdür. Bu gün “hə” dediyin bir şeyə 3 gün sonra “Mən nəyə imza atdım?” – deyə peşman ola bilərsən.

Elektron cihaz almaq üçün də münasib zaman deyil.

Həyatın bu iki gündə sanki “dayanıb” kimi hiss edə bilərsən”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki