Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.
Referans Media xəbər verir ki, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması planlaşdırılır.
Bildirilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara nail olublar.























