Çin İrana çağırış etdi: Hörmüz boğazında təhlükəsiz keçid təmin olunmalıdır

Çin, Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı üzərindən gəmi hərəkətinin təhlükəsiz və sərbəst şəkildə bərpasına çağırıb.

Çinin xarici işlər naziri Van Yi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib ki, həm İranın suverenliyi qorunmalı, həm də beynəlxalq dəniz yollarında təhlükəsiz keçid təmin edilməlidir.

İran tərəfi də Çinin münaqişənin həlli və sülhün təşviqi istiqamətində rolunu müsbət qiymətləndirib.

Qeyd edək ki, ABŞ-ın mümkün blokada qərarı və bölgədəki toqquşmalar səbəbindən Hörmüz boğazında gəmi trafiki ciddi şəkildə azalıb. Bu isə qlobal neft və qaz təchizatına təsir edərək qiymət artımına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki