Çin Monqolustanla sərhəddə raketlər yerləşdirdi

ABŞ Çinin Monqolustanla sərhəddə raketlər yerləşdirdiyini açıqlayıb.

Referans Media “Reuters”ə istinadən xəbər verir ki, Pentaqon Çinin Monqolustanla sərhəddə 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyini bildirib.

Məlumatda qeyd olunur ki, Çin Monqolustanla sərhəd yaxınlığında 100-dən çox “Dongfeng-31” qitələrarası ballistik raket yerləşdirib.

Raketlərin mümkün hədəfləri göstərilməyib.

Məlumata görə, Çinin nüvə başlıqları ehtiyatı 2026-cı ilə qədər 600-ü keçəcək. Pekin 2030-cu ilə qədər onların sayını 1000-dən çox artırmağı planlaşdırır.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki