Çin-Yaponiya gərginliyi yenidən artır – Döyüş gəmiləri sərhədləri pozdu

Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafında Yaponiyanın su sərhədlərini pozduğu bildirilib.

Referans Media xəbər verir ki, Okinava prefekturasındakı 11-ci Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin iki sahil mühafizə gəmisi Yaponiyanın dəniz sərhədlərini pozub. “Müxtəlif silahlarla” təchiz olunmuş gəmilərin Yaponiyanın nəzarətində olan Tayşo adası ətrafında üzdüyü bildirilib.

Gəmilərin Yaponiya Sahil Mühafizəsinin (JCG) xəbərdarlığından sonra ərazini tərk etdiyi açıqlanıb. JCG-nin xarici gəmilər tərəfindən ərazi sularının mümkün pozuntularına görə əraziyə nəzarəti davam etdirdiyi qeyd edilib. Çin gəmiləri Yaponiya sərhədlərini sonuncu dəfə noyabrın 16-da pozub.

Qeyd edək ki, pozuntu Yaponiya Baş naziri Takaiçi Sananın Tayvanla bağlı açıqlamalarından sonra baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki