COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuqbackend

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

  “JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 vaksin dozası üçün bir ölümün qarşısı alınıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, rəsmi hesabatlarda isə göstərilir ki, pandemiya dövründə dünyada 7 milyon insan virusdan dünyasını dəyişib.

Stanford Universitetində aparılan araşdırmaların nəticəsinə görə, xilas edilənlərin 90 faizini 60 və daha yuxarı yaşda olan insanlar təşkil edib.

82 faiz insanın COVİD-19 testinin müsbət çıxmasından əvvəl edilən peyvəndlər sayəsində sağ qaldığı açıqlanıb.

Stenford Universitetinin epidemioloqu Con İoannidis bildirib ki, bu nəticələr COVİD-9 əleyhinə vaksinlərin etibarlılığını şübhə altına salır. Çünki pandemiya dövründə vaksinasiya ilə ildə 20 milyon insanın həyatının xilas ediləcəyi iddia olunurdu.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki