Referans Media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“SEPAH zenit atəşi ilə Şiraz səmasında ABŞ-ın “MQ-9” strateji pilotsuz uçuş aparatını vurub, Amerikanın “F-16″ qırıcısı isə Fars əyalətinin cənubunda vurulub və Səudiyyə Ərəbistanındakı hava limanına eniş etməzdən əvvəl zədələnib”, – məlumatda deyilir.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də ABŞ-ın Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki bazalarına raket və dronlarla zərbələr endirir..//publika.az























