Dietoloqdan arıqlayan şəxslərə MƏSLƏHƏT

Omega-3 yağ turşuları PCOS zamanı xüsusilə hormonal disbalansın idarəsində faydalı ola bilər.

Referans Media  xəbər verir ki ,bu barədə Oxu24.com-a açıqlamasında dietoloq Aygül Mirzəyeva bildirib.

Dietoloqun sözlərinə görə,aparılan bir klinik araşdırmada, 8 həftə ərzində gündə 3 qram omega-3 qəbul edən artıq çəkili PCOS-li qadınlarda testosteron səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Bu da nizamsız aybaşı və sızanaq kimi simptomların azalmasına kömək edə bilər.

“Eyni zamanda, omega-3 qəbul edən qadınların təxminən yarısında aybaşı dövrü daha nizamlı olub. Lakin digər hormon göstəricilərində ciddi dəyişiklik qeydə alınmayıb. Nəticələr ümidverici olsa da, daha uzunmüddətli tədqiqatlara ehtiyac var”,-deyə dietoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki