DİQQƏT! Avtomobiliniz bu halda CƏRİMƏ MEYDANÇASINA APARILACAQbackend

DİQQƏT! Avtomobiliniz bu halda CƏRİMƏ MEYDANÇASINA APARILACAQ

Demək olar ki, sürücüləri daha çox məqamlardan suallardan biri məhz avtomobilin mühafizə olunan duracağa – yəni cərimə meydançasına aparılmasıdır. Ümumiyyətlə avtomobil hansı hallarda cərimə meydançasına aparılır? Xüsusən fors – major hallarda və ya qəza zamanı nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması qanunla nəzərdə tutulur?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans – a açıqlamasında bildirib ki, hər qayda pozuntusuna görə və yaxud yol patrul xidməti əməkdaşının istəyinə görə avtomobil xüsusi duracağa – cərimə meydançasına aparıla bilməz. Bunun üçün əsas inzibati xətalar məcəlləsinin 96-cı maddəsidir və 96-cı maddəsində qeyd olunub ki, hərəkətdə olan nəqliyyat vasitəsi hansı hallarda dayandırıldıqdan sonra DYP əməkdaşı tərəfindən cərimə meydançasına yerləşdirilə bilər.

Ekspert açıqlamasında onu da xatırladıb ki,  sürücülük vəsiqəsinin olmaması, hər hansısa qeydiyyat şəhadətnaməsinin, yəni etibarnamənin və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının gizlin olması zamanı da avtomobil mütləq şəkildə polisin nəzarəti ilə cərimə meydançasına aparılır. Bundan başqa sənədlərin saxta olması, dayandırılmış nəqliyyat vasitəsinin mühərrik nömrəsi, VIN nömrəsi və BAN nömrəsi qeydiyyat şəhadətnaməsindəki nömrə ilə üst-üstə düşmədikdə də  nəqliyyat vasitəsi cərimə meydançasına evakuasiya olunmalıdır.

“Əgər dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs sərxoşdursa həmçinin bu kimi hallarda da avtomobil cərimə meydançasına aparılır.  Bundan əlavə digər vəziyyətlərd ə var ki, həmin vəziyyətlərdə də avtomobil cərimə meydançasına aparıla bilər.  Digər situsiyalar haqqında maddəbamaddə, bəndəbənd inzibati xətalar məcəlləsinin 96-cı maddəsində göstərilib. Bu hallardan başqa əgər avtomobil hardasa uzunmüddətli yol kənarında qalıbsa, sürücüsü yoxdursa, hərəkətin gedişinə mane olursa bu zamanda DYP onu cərimə meydançasına evakuasiya edə bilər”, – ekspert əlavə edib.

Məmmədov Hüseyn

Referans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki