Bir
müddətdir Naxçıvan Muxtar Respublikasında Ali Məclisin səlahiyyətləri
məhdudlaşdırılıb. Verilmiş bu qərar cəmiyyətdə sualın yaranmasına səbəb olur.
Bu nüans
gələcəkdə Ali Məclisin ləğv olunmasına gətirib çıxara bilərmi?
Milli Məclisin
deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu haqda danışıb.
“Açığı,
bu mövzuda nəsə demək çətindir. Çünki bunun hansı məqsədlə edildiyi önəmlidir.
Çox güman ki, burada prezidentin xüsusi nümayədəsinin səlahiyyətlərinin
artırılması və dəqiqləşdirilməsindən söhbət gedir. Buna görə də belə bir məsələ
gündəmə gəlib. Bu qərarın praktikada necə tətbiq olunacağı önəmlidir. Bütün
hallarda Naxçıvan Muxtar Respublikasında idarəetmənin sadələşməsinə ehtiyac
var. Çünki vətəndaşların ən çox əziyyət çəkdiyi elə bu məsələdir. Əgər müəyyən
dərəcədə tənzimetmə funksiyası normal yerinə yetirilərsə, bu qədər dövlət
müdaxiləsinə də ehtiyac qalmaz”.
Deputat
qeyd edib ki, bu, ekoloji, siyasi, iqtisadi və başqa nüanslardan da asılı olan
bir məsələdir.
Fidan
Vəlisoy