Bir çox ölkələrdə qızıl satıcıları bazarda artan və xalq arasında Suriya qızılı kimi tanınan qızıllarla bağlı alıcılara xəbərdarlıq edirlər. Buna səbəb isə həmin qızılın əyarına edilən müdaxilədir.
Referans xəbər verir ki, məlumata görə, normal şəraitdə rəsmi zərbxana tərəfindən buraxılan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla bazara daxil edilən və ya qeyri-qanuni sexlərdə istehsal olunan Suriya qızıllarında əyar 18, 14, hətta 8-ə qədər endirilib.
Xarici görünüşcə zərbxana qızılları ilə eyni olan bu saxta məhsulları ayırd etmək isə demək olar ki, mümkünsüzdür.
Bəs Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Suriya qızılı satılırmı?
Daha ətraflı süjetdə:























