ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə dollar təxminən üç faiz ucuzlaşıb.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Milli Statistika Xidməti məlumat yayıb.
“Dolların alıcılıq qabiliyyəti ötən il 2,6 faiz azalıb, səbəb isə inflyasiyadır. Belə ki, 2024-cü ilin iyun ayında inflyasiya pik həddə çatıb, lakin ötən ilin sonunda yavaşlayıb”, – deyə bildirilib.
Qeyd edilib ki, Trampın ikinci prezidentliyinin ilk ili 20 yanvarda başa çatacaq:
“ABŞ lideri siyasətini proteksionizm və ticarət müharibələri üzərində qurub. O, həmçinin zəif dolların ABŞ-a fayda verəcəyini, bununla da ölkənin qlobal bazara ixracının artacağını iddia edib”.






















