Dörd ölkədən Ermənistana qarşı birgə BƏYANAT

Avrasiya İqtisadi İttifaqına daxil olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanla bağlı birgə bəyanat qəbul ediblər.

Referans Media “İnterfax.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

O, Ermənistanın Avropa İttifaqına üzvlük planları ilə bağlı sualları cavablandırarkən bildirib ki, bəyanat Astanada keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında dörd ölkə lideri tərəfindən qəbul olunub.

O, sənədin detalları barədə məlumat verməyib. Bildirib ki, bəyanat iclasda iştirak edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana təqdim olunub.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın mövqeyi ilə bağlı vəziyyət sammit çərçivəsində müzakirə olunub.

“Formalaşan vəziyyətlə bağlı işgüzar müzakirə aparıldı və hamı bu vəziyyətin nədən ibarət olduğunu yaxşı bilir”, – deyə Uşakov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki