DSX generalı vəzifədən azad edilib? İlham Mehdiyev kimdir?   backend

DSX generalı vəzifədən azad edilib? İlham Mehdiyev kimdir?   

  Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyevin vəzifədən azad edilməsi barədə bəzi sosial şəbəkə hesablarında yayılan iddialar əsassızdır.

Referans   xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib.

Qeyd edək ki, İlham Mehdiyev şərəfli tərcümeyi-hala malikdir. İlham İsmayıl oğlu Mehdiyev 2 avqust 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.

1987–1991-ci illərdə Sovet ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.

2003-cü ildə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsi ona həvalə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki