image-devrim-muhafizlari-ndan-yeni-hurmuz-bogazi-tehdidi-19644453_5808_ampbackend

Dünya gözünü Hörmüzə dikdi: Gərginlik zirvəyə çatdı!

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı yeni açıqlama yayımlayıb. İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandanı Əlirza Tengsiri bildirib ki, “İrana hücum edənlərlə əlaqəli heç bir gəmi Hörmüz Boğazından keçə bilməz. Şübhəniz varsa, yaxınlaşın və sınayın”.

Referans Media xəbər verir ki, Tengsiri ABŞ, İsrail və İran arasında davam edən müharibə fonunda bildirib ki, Heç bir gəmi Hörmüz Boğazına daxil ola bilməz. Onun sözlərinə görə, boğazı keçmək istəyən tərəflər bunu riskə atmış olacaqlar.

ABŞ Prezidenti Donald Tramp isə İranın dünya enerji ticarəti üçün kritik əhəmiyyət kəsb edən Hörmüz Boğazındakı neft axınını dayandırmaq istəməsi halında, daha sərt hərbi tədbirlər görüləcəyini açıqlayıb.

Trump bildirib: “Əgər İran Hörmüz Boğazındakı neft axışını dayandırmaq üçün bir şey edərsə, ABŞ tərəfindən görüləcək tədbirlər əvvəllər gördüklərindən 20 dəfə daha  güclü olacaq.”

O, əlavə edib ki, belə bir addım İranın ölkə olaraq bərpasını demək olar ki, mümkün etməyəcək və ABŞ boğazın açıq qalmasını təmin edəcək.

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri komandanı Hüseyn Məcid Musəvi açıqlamasında bildirib ki, bundan sonra 1 tondan yüngül döyüş başlıqlı raketlər atılmayacaq. Bu, gələcəkdə İranın hücumlarının daha güclü və dağıdıcı olacağının siqnalı kimi qiymətləndirilir.

Məlumata görə, Hörmüz Boğazı və ətraf bölgədə hər iki tərəfin hərbi fəaliyyətləri davam edir. ABŞ donanması Körfəz bölgəsində mövqelərini gücləndirib və müttəfiq ölkələrlə koordinasiyada hərəkət edir. İran isə Boğaz və ətrafdakı hərbi qüvvələrini yüksək xəbərdarlıq vəziyyətinə gətirib.

Hörmüz Boğazı Fars körfəzi ilə Oman dənizi arasında yerləşir və dünya neft ticarəti üçün kritik keçid nöqtəsidir. Dünyanın neft tədarükünün təxminən beşdə biri bu dar su yolundan daşınır. Son günlər bölgədəki hərbi gərginlik və müharibə səbəbindən tanker nəqliyyatı ciddi şəkildə pozulub, bəzi neft tankerləri təhlükəsizlik səbəbləri ilə gözləməyə məcbur olub.

Ekspertlər bildirirlər ki, Hörmüz Boğazının bağlanması və ya neft tədarükünün kəsilməsi qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər. Trumpın açıqlamaları enerji bazarlarında yaxından izlənilir və ABŞ hökuməti boğazdan neft axınının dayandırılmasına imkan verməyəcəyini vurğulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki