Dünya Səhiyyə Təşkilatı Ebola ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.

Dünya Səhiyyə Təşkilatı Ebola ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.

Qərar Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusu səbəbindən qəbul olunub. İndiyədək ən azı 88 nəfər ölüb, 300-dən çox şübhəli yoluxma qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, yayılan “Bundibuqyo” növü Ebola virusuna qarşı hələ təsdiqlənmiş peyvənd və xüsusi müalicə yoxdur. Bölgədə tibbi ləvazimat çatışmazlığı və daxili münaqişələr virusun yayılmasını sürətləndirir.

ÜST beynəlxalq koordinasiya və təcili yardımın gücləndirilməsinin vacib olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki