Britaniyalı rok ifaçısı, “Black Sabbath” qrupunun sabiq solisti Ozzy Osbourne 76 yaşında dünyasını dəyişib.
Referans xəbər verir ki, bu barədə mərhum sənətkarın ailəsi məlumat yayıb. Bildirilib ki, Osbourne sevgi və dəstək dolu bir mühitdə həyata vida edib.
Qeyd edək ki, Osbourne həm “Black Sabbath” qrupundakı fəaliyyəti, həm də solo karyerası ilə dünya miqyasında tanınıb. O, eyni zamanda “Osbournes” adlı ailəvi realiti-şousu ilə də geniş auditoriya qazanmışdı.
Mərhum sənətçi bir neçə gün öncə vida konserti verib. Səhnəyə oturaq vəziyyətdə çıxan Osbourne-un çıxışı zamanı pərəstişkarları göz yaşlarına hakim ola bilməyiblər. /Musavat.com