Dünyanın ən zəngin şəxslərindən biri olan İlon Mask, sahibi olduğu “Neuralink” şirkəti çərçivəsində indiyə qədər 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, şirkət bu prosesin təxminən iki ildir davam etdiyini və testlərdə əhəmiyyətli irəliləyişlər əldə olunduğunu bildirib.
“Neuralink”in açıqlamasına görə, çip implantı layihəsinə indiyə qədər 21 könüllü qatılıb və onların hamısının beyninə çip uğurla yerləşdirilib. Şirkət eksperimentlərin iki il müddətində davam etdiyini və nəticələrin “heyecan verici” olduğunu vurğulayıb.
İlon Mask isə ilk insan testinin 2024-cü ilin yanvarında həyata keçirildiyini ictimaiyyətə açıqlamışdı.
“Neuralink”in təqdim etdiyi “Telepatiya” adlı çip, iflic olan şəxslərin yalnız düşüncə gücü ilə kompüter və telefon kimi cihazları idarə etməsinə imkan verir. Bu texnologiya, beyinlə texnologiya arasında birbaşa əlaqə yaradan gələcəyin texnologiyası kimi qiymətləndirilir.
