Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası fonunda həkimlər ümummilli tətilə başlayıblar.
Referans Media xəbər verir ki, tətil ölkənin ən böyük tibb işçiləri həmkarlar ittifaqı tərəfindən təşkil olunub.
Etiraz edən həkimlər əməkhaqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və səhiyyəyə dövlət xərclərinin artırılmasını tələb edirlər.
Onlar həmçinin Ebola virusunun yayıldığı bölgələrdə çalışan tibb işçiləri üçün əlavə ödənişlərin ayrılmasını istəyirlər. Həkimlər son vaxtlar xəstəxanalara və təcridxanalara hücumların artdığını bildirərək, tibb müəssisələrinin mühafizəsi üçün ordunun cəlb olunmasını tələb ediblər.
Rəsmi məlumata görə, ölkədə Ebola virusundan indiyədək 127 nəfər həyatını itirib. Mayın 15-də başlayan epidemiyanın əsas ocağı ölkənin şimalındakı İturi əyaləti hesab olunur./Globalinfo.az
