Dünyadakı müharibələrin ən ağır yükünü uşaqlar daşıyır – BM-dən narahatedici hesabat

BMT-nin yeni hesabatına görə, 2024-cü ildə silahlı münaqişələr zamanı uşaqlara qarşı törədilən ağır pozuntular əvvəlki illə müqayisədə 25 faiz artaraq rekord həddə çatıb. Hesabatda bildirilir ki, il ərzində 22 mindən çox uşaq müharibələrin qurbanı olub.

BMT ümumilikdə 41 mindən çox ağır pozuntunu təsdiqləyib. Ən çox hadisə işğal altındakı Fələstin ərazilərində qeydə alınıb. Ardınca Konqo Demokratik Respublikası, Somali, Nigeriya və Haiti gəlir.

Sənədə əsasən, uşaqların öldürülməsi və ya şikəst edilməsi ən geniş yayılmış pozuntu olub. Mina və partlayıcı qurğular, eləcə də yaşayış məntəqələrinə hücumlar minlərlə uşağın həyatına son qoyub və ya onları ömürlük əlil edib. Məktəb və xəstəxanalara edilən hücumların da uşaqların vəziyyətini daha da ağırlaşdırdığı vurğulanıb.

BMT həmçinin qeyd edib ki, atəşkəs və sülh sazişlərinin pozulması, eləcə də humanitar böhranların dərinləşməsi uşaqların üzləşdiyi təhlükələri daha da artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki