Dünyanı silkələyən açıqlama: Venesuela ABŞ-a birləşə bilər

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı səsləndirdiyi açıqlamalarla beynəlxalq gündəmi silkələyib.

Referans Media xəbər verir ki, Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatı olması ehtimalını “ciddi şəkildə düşündüyünü” bildirib. O, ölkənin zəngin neft ehtiyatlarına diqqət çəkərək, Venesuelada təxminən “40 trilyon dollarlıq” enerji resursu olduğunu iddia edib.

Tramp çıxışında “Venesuela Trampı sevir” ifadəsini işlədərək, bu ölkənin ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ mediasında yer alan məlumatlara görə, Tramp daha əvvəl də Kanada, Qrenlandiya və Venesuela ilə bağlı oxşar açıqlamalar verərək onları potensial olaraq ABŞ-ın yeni ştatları kimi təqdim etmişdi.

Məsələ ilə bağlı Venesuela tərəfi isə bu iddiaları rədd edərək ölkənin suverenliyinin müzakirə mövzusu olmadığını bəyan edib.

Mövzu beynəlxalq hüquq və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub və ekspertlər belə bir addımın real siyasi mexanizmlərlə mümkün olmadığını bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki