Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq.
Referans xəbər verir ki, bu barədə Milli.Az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, Aprelin 14-dən başlayan meteor yağışı iyunun 24-dək davam edəcək və gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.
Gündüz Arietid meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.